**27 yanvar 2023-cü il, Bakı **– Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.

Belə ki, bu günə kimi aviaşirkət üç Airbus A320Neo təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.

“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.

Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

İnsan alverinə qarşı məlumat

Yüklə

1.3mb