AZAL və “LIBRAFF”ın təşkilatçılığı ilə məktəblilər üçün “Pilotları tanıyaq” adlı tədbir keçirilib

news banner

08.12.2023

Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə 7 dekabr tarixində AZAL və “LIBRAFF” kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə məktəblilər üçün “Pilotları tanıyaq” adlı tədbir keçirilib.

Yeniyetmələri və gənc nəsli oxumağa, maariflənməyə təşviq etmək, həmçinin şagirdlərin peşə seçiminə dəstək olmaq, uşaqlarda peşələr haqqında daha aydın təsəvvür formalaşdırmaq məqsədilə “LIBRAFF” tərəfindən həyata keçirilən “Peşələri tanıyaq” layihəsinin budəfəki qonaqları AZAL-ın Boeing 787 HG təyyarəsinin təlimatçı-kapitanı Emin Məlikov və Airbus 319/320 HG təyyarəsinin 2-ci pilotu Könül Əfəndiyeva olublar.

Tədbirdə iştirak edən Avropa Azərbaycan Məktəbinin 9-11-ci sinif şagirdləri AZAL-ın əməkdaşlarına bu peşənin sirləri, xüsusiyyətləri, çətinlikləri haqqında suallar ünvanlayıblar. Pilotlarımız şagirdlərlə öz uğur hekayələrini bölüşüb və onların suallarını cavablandırıblar.