news banner

11.06.2024

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə birlikdə 22 iyun 2024-cü il tarixində baş tutacaq rəsmi spotinq tədbiri barədə elan edir.

Peşəkar və həvəskar aviasiya fotoqrafları üçün hava limanının tərəfdaş aviaşirkətlərinin təyyarələrinin uçuşu və enişi, onların yedəklənməsi, yerüstü aerodrom xidmətlərinin işini və s. fotoyaddaşa almaq üçün unikal imkan yaradılacaq. Həmçinin iştirakçılar AZAL-ın təyyarələrinə baş çəkə, salonlarının yenilənmiş dizaynı və komfortu ilə tanış ola biləcəklər.

Tədbir Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

Yerlərin sayı məhdud olduğundan tədbirdə iştirak etmək üçün öncədən qeydiyyat tələb olunur. Müraciətlər iyunun 11-dən 20-dək aşağıdakı linkdə mövcud olan xüsusi forma vasitəsilə qəbul edilir: https://forms.gle/GtCit8X7R6LPsBgm8 . Tədbirdə iştirakın təsdiqi barədə cavab müraciətə baxıldıqdan sonra göndəriləcək.

Qeyd edək ki, spotinqdə yaşı 18-dən yuxarı olan bütün aviasiya həvəskarları iştirak edə bilərlər.

Bizə qoşulun və aviasiyanın həyəcanlı anlarından zövq alın!