news banner

20.06.2022, 13:21

20 iyun 2022-ci il, Bakı – “Azərbaycan Hava Yolları” 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı marşrutu üzrə uçuşların tezliyini artırır.

İyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək əlavə reyslərə (J2-027/028) başlayır.

Tətbiq olunan əlavə reysləri nəzərə alaraq, bu marşrut üzrə həyata keçirilən uçuşların tezliyi həftədə 19-a çatdırılacaq.

Bu marşrut üzrə əlavə reyslərin tətbiqi ilə əlaqədar “Azərbaycan Hava Yolları” J2-125/126 reyslərinin uçuş və eniş vaxtlarında dəyişiklik edib.

Belə ki, Bakıdan Antalyaya uçuşlar saat 14:30-da (bazar ertəsi və cümə günləri) və saat 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.