news banner

04.02.2016, 07:01

5 yanvar 2016-ci il, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) Bakı şəhəri 160 saylı Klassik Gimnaziyanın 4-ci sinif şagirdləri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil etmişdir.

İlk öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olmuşlar.

Bundan sonra məktəblilər aerovağzal ərazisini gəzmişlər. Burada aviasiya təhlükəsizliyi kineloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması və təlimi və "insanın yaxşı dostlarının" sərnişinlərin təhlükəsizliyi və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat vermişlər.

Ekskursiyanın növbəti məkanı hava limanının yanğınsöndürmə xidməti olmuşdur. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışmış, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirmiş, su və köpüyün necə vurulduğunu göstərmişlər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallarına cavab verərkən yüksək bilik nümayiş etdirmişlər.

Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri - Boeing 787 Dreamliner təyyarəsini gəzməklə başa çatmışdır. Uşaqları "Azərbaycan Hava Yolları”nın pilot və təyyarə bələdçiləri qarşılamış, onları təyyarənin quruluşu, birinci sinif, biznes və ekonom sinif salonları ilə tanış etmişlər. Həmçinin məktəblilər pilot kabinəsində olmaq şansı əldə etmişlər