AZAL Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik videoçarxı hazırlamışdır

news banner

10.03.2016, 07:21

7 mart 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında 8 mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrik videoçarxı yerləşdirmişdir.

Videoçarxda təyyarə bələdçiləri, dispetçerlər, təhlükəsizlik xidmətinin əməkdaşları və aviakassalarda satış üzrə menecerlərin çətin işindən danışılır.

"Azərbaycan Hava Yolları" mülki aviasiya sahəsində çalışan xanımların simasında bütün qadınları ürəkdən təbrik edir, onlara açıq səma, gözəl günlər və bahar əhval-ruhiyyəsi arzu edir!" - təbrikdə deyilir.