news banner

29.09.2023, 11:05

**28 sentyabr 2023-cü il, Bakı **– Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabrın 29-da ölkədə qeyd olunan Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verir.

Yalnız sentyabrın 29-da aviabilet alan hər bir sərnişin AZAL aviaşirkətinin bütün istiqamətlərində 29% endirimdən yararlana biləcək.

Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.

Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd edək ki, aksiya “Azərbaycan Hava Yolları”nın çarter və kod-şerinq reyslərinə şamil edilmir.

İstirahətinizi öncədən planlaşdıraraq AZAL ilə unudulmaz səyahətlərə çıxın!

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti