news banner

01.04.2016, 12:13

30 mart 2016-cı il, Bakı – Azərbaycan Hava Yolları (AZAL) AZAL Miles tez-tez uçuşlar proqramı çərçivəsində yeni kampaniyaya start verib.

2016-cı il aprelin 1-dən iyunun 1-dək Berlin və Parisə uçacaq proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Paris-Bakı reysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll hava limanına eniş - yerli vaxtla saat 10:05-də. Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Bakıya eniş - Bakı vaxtı ilə saat 18:35-də.

Martın sonunda bərpa edilən Bakı-Berlin-Bakı birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Bakıya eniş - Bakı vaxtı ilə saat 17:25-də.