Azərbaycan Hava Yolları və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edir (VİDEO)

news banner

29.01.2016, 11:33

25 yanvar 2016-ci il, Bakı – Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlamışdır.

Videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir.

Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilmişdir.

"Azərbaycan Hava Yolları"-nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd etmişdir.