“Azərbaycan Hava Yolları” Bakı-İstanbul/İstanbul-Bakı istiqamətində uçuşlarında xüsusi aksiya keçirir

news banner

05.02.2016, 12:22

30 iyun 2015, Bakı - “Azərbaycan Hava Yolları” (AZAL) sevinci hissi ilə Bakı-İstanbul/İstanbul-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyasının keçirilməsini nəzərinizə çatdırır:

Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) (Sabiha Gökcen) – сəmi 239 Avro/279 ABŞ dolları

uçuş və satış tarixləri 01.10.2015-сi il tarixinə kimi.

aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur

yerlər məhdud ola bilər

maksimal qalma müddəti bir ay

yığımlar və rüsumlar daxildir

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:

+(99412) 598-88-80 *8880

e-mail: callcenter@swtravel.az

və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət edə bilərsiz.

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.