news banner

08.02.2016, 05:57

Hörmətli sərnişinlər.

“Azərbaycan Hava Yolları” sevinc hissi ilə bildirmək istəyir ki, Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı müntəzəm uçuşlarda hava gəmisində öncədən yerin seçilməsi proqramının (ASR- Advance Seat Reservation) tətbiqinə başlayır.

İndi, Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı uçuşun hər bir sərnişini aviabilet əldə edərkən (və ya bronlaşdırma zamanı) hava gəmisində konkret yeri seçə bilər.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:

*+(99412) 598-88-80 8880

e-mail: callcenter@swtravel.az

və ya Sizin şəhərinizdə yerləşən “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciyət edə bilərsiz.