news banner

04.02.2016, 07:26

18 dekabr 2015, Bakı – Dekabrın 17-də Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fleşmob keçirilmişdir.

Şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edənBülbül adına musiqi məktəbinin kiçik simfonik orkestriqarşılamışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fleşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlamışdır. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlamışdırlar.

Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa etmiş və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.