news banner

05.02.2016, 11:24

Hörmətli sərnişinlər!

Məlumat üçün bildiririk ki, Heydər Əliyev Beynəlxalq Havalimanından şəhər mərkəzi istiqamətində Bakubus MMC-nin yüksək konfortlu avtobusları ekspress xət üzrə fəaliyyətə başlamışdırlar. Ekspress avtobuslar səhər saat 06:00-dan gecə saat 0:00-a dək Havalimanı – 28 May metro stansiyası və əks istiqamətdə Koroğlu metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.

Bakubus-un ekspress avtobuslarından istifadə etmək üçün Havalimanın 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərsiniz.