”Azərbaycan Hava Yolları” Qаpalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi işləmək istəyən qızların nəzərinə!

news banner

05.02.2016, 10:35

2015-ci il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək saat 10.00-dan 13.00-a kimi ”Azərbaycan Hava Yolları” QSC-nin təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edilir.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

şəxsiyyət vəsiqəsi;

bir fotoşəkil (3х4);

xarici pasport;

diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Şəxsi heyətlə iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin Şəxsi heyətlə iş üzrə Baş İdarəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonları: 497-26-00 (daxili: 24-04; 20-45; 20-74); 497-20-45