Bakıya Aviabilet

Bakının əsrarəngiz gözəlliyini kəşf etmək üçün tələsin. Bakıya aviabilet qiymətini və uçuş vaxtını öyrənin.

Bakıya səyahət edin

Bakı sizin üçün darıxıb. Öz qədimi adət-ənənələri ilə, dadı damaqlarda qalan ləziz təamları ilə, gözoxşayan tarixi və müasir binaları ilə, misilsiz mavi Xəzər mənzərələri ilə, möhtəşəm ab-havası ilə tanış olmaq üçün Bakıya aviabilet əldə edə bilərsiniz. Yolunuzu uzatmayın və doğma yurdunuza, isti ocağınıza qovuşmaq üçün AZAL-ın birbaşa reysinə aviabilet alın.

Bakı Xəzər dənizi sahili və Qafqaz regionunda ən böyük şəhərdir. Küləklər şəhəri olaraq tanınan Bakıda iki külək – cənubdan isti Gilavar və şimaldan sərin Xəzri əsir. Bakıda hər kəs zövqünə uyğun əyləncə, istirahət və maraq dairəsi tapa bilər. Paytaxt gecəsi və gündüzü ilə bütün qonaqlarını məftun edir. Şərqlə Qərbin qovuşması Bakıda təkrarolunmaz memarlıq ansamblı yaradır və möhtəşəm həyat enerjisini yaşadır. Paytaxt Bakı olduqca qonaqpərvər şəhərdir. Şəhəri tanımaq üçün ilk olaraq turistləri özünə maqnit kimi çəkən və şəhərin rəmzi olan Qız qalasından başlayın. Qalanın dəqiq tarixi bilinmir, həmçinin mahiyyəti ilə də bağlı çoxlu sirlər var. Bəzi mülahizələrə görə Qız qalası rəsədxana kimi 6-cı əsrdə inşa edilib. Biz sizi, həmçinin Xəzər dənizini öz gözəlliyi ilə oxşayan bulvarı və qədim şəhərcik olan İçərişəhəri gəzməyə dəvət edirik.

Bakıya aviabilet haqqında tez-tez soruşulan suallar

Sizin məskunlaşdığınız şəhərdən asılıdır. Uçuş müddəti məsafəyə görə dəyişir.

Azərbaycan Hava Yolları ilə uçuşlar etibarlı, təhlükəsiz və rahatdır. Donanmamıza komfortlu Airbus və Boeing təyyarələrindən ibarətdir.

Sizin məskunlaşdığınız şəhərdən asılıdır. Aviabiletin qiyməti məsafəyə görə dəyişir.

Bəli, dünyanın bir neçə şəhərindən Azərbaycan Hava Yolları ilə Bakıya birbaşa uçuşlar həyata keçirir.

Əl yükü - 10 kq

Baqaj - 23 kq-dan 32 kq-a qədər