Bakı - Milan Aviabileti

Bakı - Milan aviabileti sifariş edin. İtaliyanın ikinci ən böyük şəhəri, sənət mərkəzləri ilə səyahət sevərlərin sevimlisi olan Milana biletinizi indi alın.

Milana aviabilet sifariş edin

Tarix və modernizmin mükəmməl sintez olunduğu və İtaliyanın şimalında yerləşən Milan qotik memarlığı ilə fərqlənir. Həm italyanların, həm də turistlərin sevimlisi olan Milan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Milan torpaqları əsrlər boyu bir çox sivilizasiyaya ev sahibliyi etmişdir.

Milan alış-veriş şəhəri kimi tanınsa da, əslində, tarixi binaları və sənət muzeyləri ilə ziyarətçilərinə bir çox turistik yerlər təqdim edir. Burada Da Vinçinin əsərlərinin sərgiləndiyi muzeylərdən tutmuş kilsələrə qədər bir çox xüsusi məkanları ziyarət etmək mümkündür. Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” tablosunu görmək üçün Santa Maria Della Grazie kilsəsini ziyarət edə bilərsiniz. Dünyanın qotik tərzdə tikilmiş ən böyük katolik kilsəsi Duomo Katedrali şəhərin şimvolu sayılır. Gözoxşayan memarlığı ilə dünyanın ən böyük operalarından biri olan La Scala Opera binasını da mütləq görməlisiniz. Şəhərin məşhur küçələrini gəzmək istəsəniz, Montenapoleone və Via Torino küçələrini siyahınıza əlavə edin.

Bakı - Milan aviabileti haqqında tez-tez soruşulan suallar

Təxminən 5 saat

Azərbaycan Hava Yolları Milana etibarlı, təhlükəsiz və komfortlu uçuşlar təklif edir.Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

Bakı-Milan aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

Bəli, Azərbaycan Hava Yolları Milana birbaşa uçuşlar həyata keçirir.

Əl yükü: 10 kq-a qədər

Baqaj: 23 kq-dan 32 kq-a qədər.